hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0277
  • EURO - 1.8958
  • NEFT - 65.06
  • clouds-weather

Ağ Şəhərdə piyada keçidi və yolayırıcı açılır

Ağ Şəhərdə piyada keçidi və yolayırıcı açılır

Bakı Ağ Şəhərin yeni Mərkəzi Bulvar küçəsi şimalda Xaqani Rüstəmov küçəsindəki dairədən başlayıb Nobel prospektini kəsərək gələcəkdə inşası nəzərdə tutulan Bulvar yoluna birləşir.

“Ağ şəhər” layihəsinin mətbuat xidmətindən bildirilib ki, eni 37 metr, uzunluğu 2 kilometrədək olan 4 zolaqlı Mərkəzi Bulvar küçəsi ilə Nobel prospektinin kəsişməsində avtomobillərin, piyadaların və velosipedçilərin mütəşəkkil hərəkətini təmin etmək üçün xüsusi yolayrıcı layihəsi həyata keçirilir. Bu yolayrıcında isə piyada və velosipedçilər üçün zolaqlar və yol nişanları, qoruyucu tumbalar nəzərdə tutulub. Şəhər sakinlərinin əlavə rahatlığı üçün Bakı Ağ Şəhərin Baş planına uyğun olaraq Nobel prospekti boyunca uzanan, eni 20 metrədək olan yaşıllaşdırılmış piyada zolağında ikitərəfli velosiped yolunun salınması da nəzərdə tutulub.

Qərbdə Nobel prospektinə açılan London memarlıq üslubunda layihələndirilmiş möhtəşəm “Knighstbridge Residence” kompleksi və şərqdə böyük park kompleksinin arasında yerləşən yolayrıcı vasitəsilə avtomobillər Nobel prospektindən Ağ Şəhər kvartallarına daha bir keçid əldə edirlər.

Mərkəzi Bulvar küçəsinin tamamlanması istiqamətində işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Eyni zamanda, yolboyu Bakı Nəqliyyat Agentliyi, Daxili İşlər Nazirliyinin “Təhlükəsiz şəhər” xidməti, “Azərsu” ASC, “Azərişıq” ASC, “Azəriqaz” İB, “Delta Telekom” və “UlTel” MMC tərəfindən yerüstü və yeraltı infrastruktur işləri - arabalar üçün panduslar, qoruyucu tumbaların, videokameraların quraşdırılması, su təchizatı, kanalizasiya və yağış suları sistemləri, qaz təminatı boruları, elektrik xətləri və IT kanal sistemləri çəkilməsi təmin edilib.

Növbəti məlhələdə Mərkəzi Bulvar küçəsinin Nobel prospekti ilə kəsişməsinin işıqforla tənzimlənməsi, Bulvar yoluna birləşməsi və avtomobillərin bu küçə ilə birbaşa Sahilyanı kvartala və Ağ Şəhər Bulvarına hərəkəti planlaşdırılır.

Cebhe.info


Oxunma sayı: 672