hava haqqindaBakı
Bu gün +29 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9615
  • NEFT - 43.89
  • clouds-weather

Ağac kəsənlərlə bağlı polisə müraciət olundu

Ağac kəsənlərlə bağlı polisə müraciət olundu

Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən 29 iyun 2020-ci tarixində İsmayıllı rayonunun Qalıncaq meşəbəyliyinin 4 saylı dolayında beş fıstıq ağacının kəsilməsi faktı aşkar edilib.

Faktla bağlı akt tərtib olunub və təqsirkarların müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi üçün İsmayıllı rayon polis şöbəsinə müraciət olunub.

ETSN Qalıncaq kəndinin sakinlərinə, kəndin icra nümayəndəliyi və bələdiyyəsinə müraciət edir ki, meşələrə bu cür münasibət bəsləyənlərə qarşı sərt mövqe tutsunlar, biganə qalmasınlar, qınasınlar və meşələrin mühafizə olunmasında köməklik göstərsinlər.

Cebhe. info


Oxunma sayı: 2773