hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Ağciyərlərdə xərçəng xəstəliyinin yeni əlaməti aşkar edilib

Ağciyərlərdə xərçəng xəstəliyinin yeni əlaməti aşkar edilib

Əl barmaqlarının uclarında qalınlaşma varsa, bu baraban barmaqlar simptomudur və ağciyərlərdə xərçəng xəstəliyinin əlaməti ola bilər.

Cebhe.info xəbər verir ki, bu barədə britaniyalı onkoloq Emi Xerst "Express" qəzetinə müsahibə verib.

Onkoloqun sözlərinə görə, barmaqlardakı bu deformasiya ağciyər xərçənginin yayılmayan simptomudur: "Barmaqlarda belə hal müşahidə etdikdə mütləq həkimə müraciət etmək lazımdır.

Bu onu göstərir ki, həmin nahiyəyə adi haldan daha çox qan axır", - deyə onkoloq bildirib.

"Nəyə görə məhz bu halın baş verdiyi hələ sübut edilməyib. Ağciyər xərçənginin isə bir çox simptomları var: məsələn, daimi öskürək, tənğinəfəslik, sinədə ağrı, udqunmada çətinlik, xırıltılı səs, sifətin və ya boynun şişməsi əsas simptomlardır", - deyə onkoloq əlavə edib.

Sevinc Tapdıqqızı
Cebhe.info


Oxunma sayı: 683

Bizim Telegram səhifəmizi izləyin