hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

Ağdamda yeni məktəb binasının açılışı olub

Ağdamda yeni məktəb binasının açılışı olub

Noyabrın 7-də Ağdam rayonu I Yüzbaşılı kənd tam orta məktəbinin açılış mərasimi keçirilib.

Tədbirdə Təhsil nazirinin müavini Firudin Qurbanov, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif  Həsənov, məktəbin pedaqoji kollektivi, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.  

Təhsil Nazirliyindən Cebhe.info-ya verilən məlumata görə, açılış mərasimində çıxış edən Təhsil nazirinin müavini Firudin bildirib ki, cəbhə zonasında belə bir məktəbin istifadəyə verilməsi çox böyük əhəmiyyətə malikdir. 

Tədbirdə məktəb haqqında qonaqlara məlumat verilib. Bildirilib ki, təhsil müəssisəsi 1991-ci ildən fəaliyyətə başlayıb. Məktəb binası ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə müasir standartlara əsasən yenidən tikilərək istifadəyə verilib. Yeni tədris binası 132 şagird yerlikdir. Hazırda məktəbdə 110 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 31 müəllim məşğul olur. Təhsil müəssisəsində 13  məktəbəqədər hazırlıq qrupu fəaliyyət göstərir. 

Qeyd edək ki, ümumi təhsil müəssisəsi 1990-cı ilin sentyabrında istifadəyə verilib və məktəbin məzunu olmuş şəhid Müşviq Hüseynovun adını daşıyır. 2013-cü ildə məktəb əsaslı təmir edilib. Tədris binasında 18 sinif otağı, idman, akt zalları, fənn laboratoriyaları, müəllimlər otağı, direktor otağı, kitabxana və yardımçı otaqlar var. Məktəbdə 287 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 50 müəllim məşğul olur. Ötən tədris ilində məktəbi bitirən 14 nəfərdən 13-ü tələbə adını qazanıb.

Cebhe.info


Oxunma sayı: 441