hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0697
  • NEFT - 66.88
  • clouds-weather

Ağdamın tanınmış ziyalısı milyonların hesabını soruşdu: "Hara xərclənib?​​"​​​​​-FOTO

Ağdamın tanınmış ziyalısı milyonların hesabını soruşdu: "Hara xərclənib?​​"​​​​​-FOTO

Ağdam rayonunun inzibati mərkəzi olan Quzanlıda qəsəbədaxili yollar baxımsız vəziyyətdədir. Qəsəbənin yalnız mərkəzi küçəsi asfaltlanıb.

Qəsəbədə Sovet dövründən qalma yollar yağış yağanda keçilməz olur. Sakinlər, qəsəbənin ziyalılar dəfələrlə bununla bağlı narazılığını bildirib. Lakin Quzanlının palçıqlı yollarına əncam çəkən yoxdur.

Qəsəbə sakini, tanınmış ziyalı Rafiq Əliyev özünün "Facebook" hesabında Quzanlının palçıqlı yollarının fotolarını paylaşıb.

"Şəkildə gördüyünüz 30 ilə yaxındır ki, Ağdam rayonunun mərkəzi olan Quzanlı qəsəbəsinin yollarıdır. Görəsən, ölkə prezidentinin bu işlərin görlüməsi üçün ayırdığı milyonlarla pul vəsasiti hara xərclənib?", - deyə R.Əliyev qeyd edib.

Aydın
Cebhe.info


Oxunma sayı: 10792