hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Ağdaşda qəza: Ölən və yaralanan var - FOTO

Ağdaşda qəza: Ölən və yaralanan var - FOTO

Ağdaşda 1 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Yuxarı Qəsl kəndində qeydə alınıb.

Belə ki, Ağdaş sakini, 1959-cu il təvəllüdlü Qafarov Üzeyir Tahir oğlu idarə etdiyi "VAZ-2106" markalı minik avtomobili ilə hərəkətdə olan zaman Göyçay rayon sakini Siyavuş Qafurovun idarə etdiyi "Hyundai" markalı minik avtomobili ilə toqquşub.

Nəticədə "Hyundai"ın sürücüsü S.Qafurov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sərnişin - Göyçay sakini, 1973-cü il təvəllüdlü Hüseynov Habil Nəsib isə oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli

Cebhe.info


Oxunma sayı: 1420