hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0228
  • EURO - 2.0641
  • NEFT - 56.02
  • clouds-weather

Agentlik rəhbəri müşavirinə yüksək vəzifə verdi - Elxan Mikayılov kimdir?

Agentlik rəhbəri müşavirinə yüksək vəzifə verdi - Elxan Mikayılov kimdir?

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) yeni aparat rəhbəri təyinatı olub.

Cebhe.info AQTA-ya istinadla xəbər verir ki, sədr Qoşqar Təhməzlinin əmri ilə Agentlik sədrinin müşaviri Elxan Mikayılov qurumun Aparat rəhbəri təyin edilib.

Bildirilib ki, E.Mikayılov Azərbaycan Dövlət İqtisad Universitetində Standartlaşdırma və Sertifikasiya üzrə bakalavr və magistr, İqtisadiyyat Nazirliyi yanında İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda Ümumi iqtisadiyyat üzrə doktorantura təhsili alıb, iqtisad üzrə fəlsəfə doktorudur.

O, əmək fəaliyyətinə 2007-ci ildə başlamış, bir sıra beynəlxalq təşkilatların həyata keçirdiyi layihələrdə yerli qrup rəhbəri, biznes məsləhətçisi vəzifələrində çalışmışdır. 2015-2016-cı illərdə İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibiliyində (SECO) və İsveçrənin Azərbaycandakı səfirliyində İqtisadi Məsələlər üzrə Milli Proqram rəhbəri olub.

E. Mikayılov 2016-2018-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında İqtisadi islahatların təhlili və planlaşdırılması sektorunun müdiri, 2018-ci ilin may ayından Qida Təhlükəsizliyi Agentliyi sədrinin müşaviri vəzifəsində çalışıb. Bir çox elmi məqalələrin müəllifidir. Rus və ingilis dillərini bilir.

Cebhe.info


Oxunma sayı: 584

Bizim Telegram səhifəmizi izləyin