hava haqqinda Bakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9056
  • NEFT - $ 72.38
  • clouds-weather

"Agentliyin adından dələduzlar ticarət şəbəkələrində reyd keçirirlər" - Qoşqar Təhməzli

"Agentliyin adından dələduzlar ticarət şəbəkələrində reyd keçirirlər" - Qoşqar Təhməzli

"Qida Təhlükəsizliyi Agentliyinin adından müxtəlif dələduzlar əsasən ticarət şəbəkələrində reyd keçirirlər. 

Cebhe.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib.

O vurğulayıb ki, sözügedən dələduzlar agentliyin adından ticarət şəbəkələrində reyd keçirərək vəsiqə təqdim edir, özlərini agentliyin əməkdaşı kimi göstərirlər: 

O məsələ ilə bağlı, artıq Respublika Prokurorluğu tərəfindən cinayət işi açıldığını və bir neçə nəfər həbs olunduğunu deyib:

"Cinayət işinin arealı da genişlənir. Müxtəlif rayonlardan bizə məlumatlar daxil olur ki, digər rayonlarda belə faktlar aşkar olunub. Hazırda hüquq-mühafizə orqanları onlar haqqında lazımi tədbirlər görür. Sonda qərar veriləcək ki, bu, fərdi və ya şəbəkələşmiş formada olub. Amma aşkar olunmuş faktlarda 3 nəfər bir, 2 nəfər bir, 1 nəfərin də tək belə dələduzluq fəaliyyəti ilə məşğul olduğu aşkarlanıb".

Cebhe.info


Oxunma sayı: 331