hava haqqindaBakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.8818
  • NEFT - 60.47
  • clouds-weather

"Ağlına gələni danışma!" - Əli Əhmədovdan Sərdar Cəlaloğluna sərt cavab

"Ağlına gələni danışma!" - Əli Əhmədovdan Sərdar Cəlaloğluna sərt cavab

"Heç bir təşkilat hansısa ölkənin daxili işinə qarışa bilməz. Onlar müşahidə apara bilərlər. Kiminsə seçilməsi ilə bağlı məsələ ortaya qoya bilməzlər".

Cebhe.info Report-a istinadla xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov Bakıda siyasi partiya nümayəndələrinin iştirakı keçirilən "Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdlərinə qarşı” dəyirmi masada bəzi müxalifət partiyalarının ittihamlarına cavab verərkən deyib.

Ə.Əhmədov Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun Prezident İlham Əliyevin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşü ilə bağlı səsləndirdiyi fikirlərə də cavab verib: "Petruşevlə danışıqlarda sən Sərdar Cəlaloğlu iştirakmı etmisən?! Bilmədiyin halda niyə ağlına gələn bəyanatlarla çıxış edirsən?! Bizdə də "Dostluq" ordeni var.

Rusiyada da həmçinin bu ənənə var. Bu torpağın qorunmasına və müdafiə olunmasına görə deyil. Sadəcə dövlətlər və ölkələrarası münasibətlərə töhfə verildiyinə görə verilir. Qeyri-ciddi fikirlər deməklə mətbuatı çaşdırmaq lazım deyil. Biz burada dedi-qodu ilə məşğul olmamalıyıq. Halbuki müzakirə mövzusu başqadır. Etiraf etmək lazımdır ki, Azərbaycanın hansısa səviyyəyə qalxdığını hər kəs yaxşı bilir. 20 il əvvəlki Azərbaycan indiki kimi idi?!"

Cebhe.info


Oxunma sayı: 606