hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Aİ nümayəndəsi: Ümid edirik, gələcəkdə Qarabağda belə hadisələr olmayacaq

Aİ nümayəndəsi: Ümid edirik, gələcəkdə Qarabağda belə hadisələr olmayacaq

“Bura gələn hər kəs görür ki, müharibə, dağıntılar, sülh nədir. Bu iki amil göstərir ki, müharibə ilə sülh arasında hansı ziddiyyət var”.

“Report”un işğaldan azad edilmiş Füzuliyə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bu sözləri Füzuliyə səfər edən Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas deyib.

“Hər bir insanın istədiyi inkişaf və sülhdür. Avropa İttifaqı Azərbaycan və regionla sülh, inkişaf üçün əməkdaşlıq edir. Ümid edirik ki, gələcəkdə belə hadisələr baş verməyəcək, yalnız sülh və əmin-amanlıq olacaq.

Bizi bura gətirdiyinə görə Azərbaycan rəsmilərinə təşəkkür edirəm ki, bütün bunları öz gözümüzlə görə bildik”, - deyə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri vurğulayıb.

Cebhe.info


Oxunma sayı: 1431

Bizim Telegram səhifəmizi izləyin