hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8744
  • NEFT - 63.64
  • clouds-weather

Aİ səfiri: "Azərbaycan özünü etibarlı tərəfdaş kimi göstərib"

Aİ səfiri: "Azərbaycan özünü etibarlı tərəfdaş kimi göstərib"

"Azərbaycan uzun illər ərzində özünü etibarlı enerji tərəfdaşı kimi göstərib. Bu gün iqtisadi və sosial sahələrdə əməkdaşlığı davam etdiririk".

Bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas Bakıda keçirilən "Şərq Tərəfdaşlığı" proqramının gələcəyinə dair struktur məsləhətləşmələrdə deyib.

"Son illər ərzində 34 fərqli Azərbaycan qurumu Aİ ilə 21 birgə layihədə iştirak edib. Azərbaycan, həmçinin tvinninq layihələrinin sayına görə liderdir. Coğrafi mövqeyinə baxmayaraq, Azərbaycan Aİ ilə münasibətlərdə çox fəaldır", - o bildirib.

Səfir həmçinin qeyd edib ki, bu müzakirələr çərçivəsində Azərbaycanın Aİ ilə "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlığın inkişafını necə gördüyünü başa düşməyi vacibdir.

“Report” xatırladır ki, bu məsləhətləşmələr Aİ-yə üzv ölkələrlə tərəfdaş ölkələr arasında bu ilin may ayında Brüsseldə keçirilmiş və "Şərq Tərəfdaşlığı"nın yaradılmasının 10 illiyinə həsr olunmuş Yüksək Səviyyəli Konfransda başladılan qeyri-rəsmi fikir mübadiləsinin bir hissəsidir.

Cebhe.info


Oxunma sayı: 518