hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Akar Azərbaycandan ABŞ-a mesaj verdi: "Üslubunuz xoş deyil..."

Akar Azərbaycandan ABŞ-a mesaj verdi: "Üslubunuz xoş deyil..."

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Azərbaycandan - Qəbələdən ABŞ-a mesaj verib.

Türkiyə mətbuatı bildirir ki, Akar ABŞ-ın Türkiyənin Rusiyadan aldığı S-400 raketləri ilə bağlı mövqeyini tənqid edib.

O bildirib ki, ABŞ Müdafiə naziri əvəzi Patrik Şanahanın S-400-lə bağlı Türkiyəyə göndərdiyi məktubun üslubu müttəfiqlik ruhuna uyğun deyil: "Bildiyiniz kimi, ABŞ Müdafiə naziri əvəzindən S-400-lərlə bağlı məktub aldım. Məktubun üslubu ilə bağlı toplumun həssaslığını bölüşürük. Məktubda mövcud problemlərin strateji ortaqlıq çərçivəsində həlli istiqamətində gözlənti dilə gətirilsə də, üslub müttəfiqlik ruhuna uyğun deyil. Buna görə, gərəkli işlər görülür, gərəkli cavabı hazırlayırıq. Qarşıdakı günlərdə cavabımızı göndərəcəyik. Bundan başqa, bu ayın sonunda Brüsseldə NATO Müdafiə Nazirlərinin toplantısı var, orada da Şanahanla bir araya gələcəyik"

Akar daha sonra qeyd edib ki, sabah Şanahanla telefonla da danışacaq: "İstər bu telefon danışmasında, istərsə də digər təmaslarda Türkiyə dövlətinin məlum istək və tələbləri masaya yatırılacaq. Biz bundan sonra da eyni mövqe və davranışımızı davam etdirəcəyik".

Xatırladaq ki, ABŞ Müdafiə naziri əvəzi Patrik Şanahan aprelin 6-da Türkiyəyə məktub göndərib. Məktubda Türkiyənin Rusiyaya S-400-lə bağlı təlimə əsgər göndərməsindən narahat olduqları bildirilib. Əlavə edilib ki, S-400-ün alınması təqdirdə, F-35-lərin Türkiyəyə tədarükü dayandırılacaq, Türkiyə bu layihədən kənarda qalacaq. Üstəlik, məktubda F-35-lərlə görə ABŞ-da təlimə göndərilən pilotların da geri göndəriləcəyi vurğulanıb/Strateq.az.

Cebhe.info


Oxunma sayı: 1211