Akardan “Türkiyənin Rusiya ilə qarşı-qarşıya gəlmək riski varmı?” sualına cavab:"Gözümüzü, qulağımızı açmaq məcburiyyətindəyik”

“Ukrayna və Rusiya arasında problemlərin dialoq yolu ilə dinc şəkildə həll olunmasına tərəfdarıq”.
Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
O xatırladıb ki, Türkiyə Prezidenti Krımın ilhaqını tanımadıqlarını dəfələrlə bəyan edib: “Daima Krım tatar türklərinin yanındayıq. Qara dənizdə problemlər sahilyanı dövlətlər arasında “Regional Mülkiyyət Prinsipi” çərçivəsində həll edilməlidir. Bu prinsipə əməl olunmalıdır. Hazırda burada mövcud status-kvo çərçivəsində işlərimizi davam etdiririk”.
O vurğulayıb ki, Türkiyə böhrana səbəb olmadan Rusiya və digər Qara dəniz ölkələri ilə tarazlığı qorumağa çalışır: “Hər problem yarandıqda müharibə və qaynar bir vəziyyət meydana çıxmamalıdır. Problemlər dialoq və dinc metodlarla həll olunmalıdır”.
Ukraynanın Türkiyədən hərbi məsləhətləşmələrlə bağlı müraciətinin olub-olmaması ilə bağlı sualı cavablandıran nazir qeyd edib ki, Ukrayna və Türkiyə arasında müdafiə sənayesində layihələr davam edir/APA.
Akar qeyd edib ki, İraqın şimalında PKK qalmayacaq. O bildirib ki, ən son terrorçu zərərsizləşdirilənə qədər mübarizə davam edəcək.
“Türkiyənin Rusiya ilə qarşı-qarşıya gəlmək riski varmı” sualını cavablandıran nazir qeyd edib ki, istər İraqda NATO-nun varlığı, istər ABŞ-Rusiya münasibətləri, istər Aralıq dənizi, istər Qara dəniz olsun – regionda beynəlxalq diplomatiya, siyasi, təhlükəsizlik ortamı son dərəcə dinamikdir.
“Dolayısı ilə bu dinamik ortamda Türkiyə Cümhuriyyəti dövləti olaraq nəcib millətimizin haqq və mənfəətlərini qorumaq üçün gecə-gündüz demədən bütün bu iştirakçıları, amilləri dəyərləndiririk və vətəndaşımızın haqqını, mənfəətini qorumaq üçün fəaliyyət göstəririk, göstərməyə də davam edəcəyik. Dinamik bir ortam var. Gözümüzü, qulağımızı açmaq məcburiyyətindəyik”, - deyə H. Akar vurğulayıb.
Cebhe.info
Oxunma sayı: 331