t "Akasiya ağaclarının əkilməsi arıçılıq üçün çox əhəmiyyətlidir"
hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0277
  • EURO - 1.8958
  • NEFT - 65.06
  • clouds-weather

"Akasiya ağaclarının əkilməsi arıçılıq üçün çox əhəmiyyətlidir"

"Akasiya ağaclarının əkilməsi arıçılıq üçün çox əhəmiyyətlidir"

"IDEA Ictimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə belə bir aksiyanın keçirilməsi çox təqdirəlayiqdir.

Bu gün burada minlərlə akasiya ağacı əkildi. Akasiya çox qiymətli, bal verən ağac növü hesab olunur. Ona görə də, belə ağacların əkilməsi arıçılığın inkişafı üçün çox əhəmiyyətlidir. İndiyədək biz öz arı ailələrimizi respublikanın müxtəlif rayonlarına, digər kəndlərə köçürürdük. Bu ağaclar böyüdükdən sonra arıları digər yerlərə aparmağa ehtiyac qalmayacaq. Biz arı ailələrini bu əraziyə köç etməklə, yüksək keyfiyyətli bal əldə edə biləcəyik".

Bu sözləri Azərbaycan Arıçılar Assosiasiyası Qəbələ rayon şöbəsi sədrinin müavini Səbuhi Nəbiyev rayonun Mıxlıqovaq kəndində keçirilən ağacəkmə aksiyası zamanı deyib.

Cebhe.info


Oxunma sayı: 991