hava haqqindaBakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0681
  • NEFT - 67.97
  • clouds-weather

Akif Çovdarov Azərbaycanı tərk edib? - Vəkildən açıqlama

Akif Çovdarov Azərbaycanı tərk edib? - Vəkildən açıqlama

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun Azərbaycanı tərk etdiyinə dair xəbər var.

Məlumata görə, o, xarici ölkələrdən birinə gedib.

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında Akif Çovdarovun vəkili olmuş Kamandar Nəsibov bildirib ki, o, ölkəni hələ tərk etməyib:

“Akif Çovdarov müalicə almaq üçün xaricə getmək istəyirdi. Amma hələlik pandemiya ilə bağlı getməyib. Çünki giriş-çıxış problemi var”.

Akif Çovdarovun ölkədən çıxmasına qadağanın olub-olmaması da məhz həmin zaman bilinəcək.

Qeyd edək ki, Akif Çovdarov 2015-ci ildə həbs edilib. Prezident İlham Əliyevin 2020-nin aprelin 6-da "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamla əfv olunub.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 3543