hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Akif Nağı elit məkan istəyinə qurban getdi - Qarabağ Komitəsində nə baş verir ? - AÇIQLAMA 

Akif Nağı elit məkan istəyinə qurban getdi - Qarabağ Komitəsində nə baş verir ? - AÇIQLAMA 

Xəbər verdiyimiz kimi, Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağının Qarabağ Komitəsinin İdarə Heyətindəki fəaliyyətinə xitam verilib.

Komitənin sıralarından kənarlaşdırılan QAT sədri Akif Nağı məsələ ilə bağlı Cebhe.info-ya danışıb. O deyib ki, şəxsi istəyi ilə Komitənin İdarə Heyətindən getməyib:

“Mən Qarabağ Komitəsinin üzvüyəm. Sadəcə İdarə Heyətindən kənarlaşdırılmışam. Qarabağ məsələsində müxalifət -iqtidar problemi yoxdur, hamı bir yerdə Qarabağı tələb etməlidir. Sentyabr ayında keçirilən mitinqdən sonra Komitə daxilində qalmaqallar başladı. Hər kəs bir-birini ittiham etdi. Mənə qarşı da ittihamlar oldu. Bir sözlə, gərginlik yarandı. Mən bildirdim ki, Qarabağ Komitəsinin iclasları ya Qarabağ Azadlıq Təşkilatının ofisində, ya da başqa elitar yerdə keçirilməli, partiya qərargahında olmamalıdır. Bunu qəbul eləmədilər və başqa məsələlər də oldu. Bəzi adamlar Qarabağ Azadlıq Təşkilatının ofisində yığışmağa razı olmadı. Seçim etdilər. Mən də normal qarşıladım. Dünən də həmin məsələ qaldırıldı və belə qərar verdilər, uğurlar arzulayıram”.

Akif Nağı Komitənin gələcək fəaliyyətini belə qiymətləndirib:

“Hər halda Komitənin gələcək fəaliyyətini qiymətləndirmək mənim üçün yaxşı olmaz. Amma proseslər gözləmədiyim istiqmətdə getdi. Yəni, şəxsi münasibətlər, şəxsi ambissiyalar qabardı. Xatırlayırsızsa, biz Qarabağ Komitəsini təşkil edəndə hakimiyyət partiyasına və digər siyasi partiyalara, eləcə də təşkilatlara müraciət etmişdik. Yeni Azərbaycan Partiyası da bu fikri dəstəklədi. Məqsəd hakimiyyət və müxalifətin birgə Qarabağ tələbi idi. Yəqin ki, bu da kimlərinsə xoşuna gəlmədi. Bilmirəm sifariş haradan oldu. Təəssüf edirəm, amma reallıqdır. Mənim üzvlükdən çıxmaq fikrim yoxdu. Amma əgər çıxararlarsa, heç nə deyə bilmərəm. Hesab edirəm ki, bu, Akif Nağını kənarda qoymaq planıdır. Düşünürlər ki, Akif Nağı hansısa qərarı qəbul edə bilər. Əgər bu şəkildə davam edəcəklərsə, ora qayıtmağın heç bir mənası yoxdur”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 6989