hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8744
  • NEFT - 63.64
  • clouds-weather

Akşenerdən Atatürk PAYLAŞIMI

Akşenerdən Atatürk PAYLAŞIMI

Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün anım günüdür. 

Cebhe.info xəbər verir ki, böyük öndər 81 il öncə, noyabrın 10-da  vəfat edib. Bu gün Türkiyənin böyük şəhərlərində Atatürk yürüşü keçirilib. Ölkənin tanınmış ictimai-siyasi xadimləri sosial şəbəkələrdə Mustafa Kamalı yad ediblər. İyi Partiyanın lideri, millət vəkili Meral Akşenerin instagramda Atatürklə bağlı paylaşımı maraqla qarşılanıb. Akşenerin Atatürkün Böyük Millət Məclisinin qarşısında çəkilmiş videosunu paylaşıb və Mustafa Kamalın sözlərini qeyd edib. 

“Mənim aciz bədənim bir gün torpağa çevriləcək. Fəqət Türkiyə Cümhuriyyəti əbədi var olacaq” deyən, Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürkü vəfatının 81-ci ildönümündə sayğı və rəhmətlə anırıq”-deyə, Meral Akşener qeyd edib.

Aydın
Cebhe.info


Oxunma sayı: 485