hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9163
  • NEFT - 43.23
  • clouds-weather

Aktyor 11-ci mərtəbədən yıxılaraq öldü

Aktyor 11-ci mərtəbədən yıxılaraq öldü

Rusiyalı aktyor və xoreoqraf Maksim Parfenov bu gün səhər saatlarında 11-ci mərtəbədəki mənzilinin pəncərəsindən yıxılaraq ölüb.

Cebhe.info xəbər verir ki, bu barədə "Komsomolskaya pravda" məlumat yayıb.

Hadisə yerinə gələn hüquq mühafizə orqanlarının işçiləri tərəfindən aktyorun evindən tapılan dərman preparatları ekspertiza üçün götürülüb və əməliyyatçılar tərəfindən isə hazırda faciənin başvermə səbəbləri araşdırılır.

Qeyd edək ki, aktyorla vida mərasimi iyulun 2-də keçiriləcək.

Xatırladaq ki, Parfenov "İntuisiya" serialından məşhurdur.

Sevinc Tapdıqqızı
Cebhe.info


Oxunma sayı: 2080