hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Aleksey Reznikov Ağdama gedəcək – RƏY

Aleksey Reznikov Ağdama gedəcək – RƏY

“Ukrayna Baş nazirinin müavini, Ukraynanın müvəqqəti işğal olunmuş əraziləri üzrə naziri Aleksey Reznikovun Azərbaycana səfəri zamanı Ağdama səfəri də planlaşdırılıb”.

Cebhe.info-nun xəbərinə görə, bunu “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, Ağdama səfər iki ölkə arasındakı münasibətlərin yüksək səviyyəsindən xəbər verir:

“Kiyev bununla Qarabağ məsələsində Azərbaycana dəstəyini bir daha göstərmiş olacaq. Eyni zamanda rəsmi Kiyev Azərbaycan təcrübəsini öyrənməyə çalışır. Azərbaycan işğaldan azad olunan bölgələrin yenidən qurulması mərhələsinə qədəm qoyub. Bu Kiyevi maraqlandırır. Ukrayna nazirini işğaldan azad olunan Ağdama göndərməklə, həm də Moskvaya mesaj vermiş olur ki, eyni ilə Ukrayna da Donbassı azad etdikdən sonra bu bölgədə yaşayan insanların rifah halının yüksəlməsi üçün infrasturktur çalışmalarına başlayacaq”.

Xatirə
Cebhe.info


Oxunma sayı: 782