hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Ali Attestasiya Komissiyasında onlara yeni vəzifələr verildi - Dəyişikliklər

Ali Attestasiya Komissiyasında onlara yeni vəzifələr verildi - Dəyişikliklər

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) yeni kadr dəyişiklikləri olub.

Bununla bağlı AAK sədri Famil Mustafayev müvafiq əmrlər imzalayıb.

Əmrə əsasən, Asif Rüstəmli Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) Humanitar, ictimai elmlər və sənətşünaslıq şöbəsinin müdiri vəzifəsindən azad edilib.

O, daha yüksək vəzifəyə - AAK-nin Akkreditasiya şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.

AAK sədrinin daha bir əmri ilə Mübariz Məmmədli Humanitar, ictimai elmlər və sənətşünaslıq şöbəsinə müdir təyin olunub. O, bu təyinata qədər həmin şöbədə müdir müavini vəzifəsində çalışıb/Report.

Cebhe.info


Oxunma sayı: 815