hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Ali Baş Komandanla böyük bir tarix yazılır - RAKURS

Ali Baş Komandanla böyük bir tarix yazılır - RAKURS

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu cəbhədə qəhrəmanlıq səlnaməsi yazır.

Hər birimiz cənab Prezidentin müsahibələrini böyük qürur hissi ilə dinləyir və dinlədikcə mənəvi rahatlıq tapırıq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 13 –də Türkiyənin “Haber Türk”televiziya kanalına müsahibə verib, oktyabrın 14-də dövlət başçımızın müsahibəsi həmin televiziya kanalı vasitəsilə bütün dünyaya yayımlanıb.

Bu müsahibənin ilk sualı hal-hazırda dünya gündəmindən düşməyən,yenə də öz çirkin iftiraları ilə Azərbaycan tərəfini ləkələmək istəyən Ermənistanın özünün təkidlə tələb edib özünün də pozduğu humanitar atəşkəslə bağlı oldu.

Prezident İlham Əliyev təmkinlə sualları cavablandıraraq bildirdi ki, Ermənistanın bu çirkin siyasəti anlaşılandır. Çünki onlar hər zaman döyüş meydanınıda məğlubiyyətə uğrayanda belə çirkin əməllərə əl atırlar. Mülki şəxslərə,əliyalın insanlara qarşı qəddarlıq göstərmək onlar üçün adiləşmişdir. Azərbaycan xalqı olaraq biz hər dəfə bu xəyanətlərlə üzləşmişik .

Xocalı soyqırımının timsalında bunu görmüşük,amma nədənsə beynəlxalq təşkilatlar bunu görməzdən gəlib. Ermənistan dövləti humanitar atəşkəsdən istifadə edib əkshücuma keçmək istəsə də Azərbaycan Ordusu tərəfindən layiqli cavabını aldı. Prezident müsahibəsində məhz bu məqama toxunaraq dünya ictimaiyyətinin diqqətinə çatdırdı ki, Azərbaycan Ordusu uğurlu əməliyyat keçirərək bir neçə şəhər və kəndimizi işğaldan azad edib və işğaladan azadetmə əməliyyatımız uğurla davam edir.

Azərbaycan Ordusu bu istiqamətdə daha böyük uğurlara imza atır - deyən cənab Prezident bildirib ki,bu məsələ ilə bağlı lazım olan vaxtda məlumat veriləcək.

Elə bunun ardınca həmin gün, yəni oktyabrın 14-ü axşam saatlarında cənab Prezident İlham Əliyev öz “Twitter”hesabında hamımızı qürurlandıraraq Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtürk, Təkə, Tağaser kəndlərinin rəşadətli Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildiyini paylaşdı və həmişə olduğu kimi bu dəfə də sözünün üstündə durdu.

Prezidenti İlham Əliyev dünya ictimaiyyətinin diqqətinə çatdırdı ki, Ermənistanın xain hücumunun səbəbi odur ki, onlar bu münaqişənin coğrafiyasını genişləndirmək, üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını münaqişəyə cəlb etmək istəyirlər. Məhz bu səbəbdən Ermənistan ərazisindən Azərbaycan torpaqlarını,mülki şəxsləri atəşə tuturlar və bizi cavab atəşinə təhrik edirlər.Hər bir çıxışında, müsahibəsində olduğu kimi, bu dəfə də hər bir azərbaycanlının ürəyindən xəbər verərək cənab Prezident vurğuladı ki,bizim qisasımız döyüş müydanınıda olacaq. Biz heç zaman mülki şəxslərə qarşı heç bir addım atmırıq və bizim bütün hədflərimiz hərbi hədəflərdir.

Ali Baş Komandan İlham Əliyev dəqiq faktlarla çıxış edərək Türkiyənin “Haber Türk”telekanalına müsahibəsində onu da bildirdi ki, biz Türkiyədən hərbi texnika alırıq, ancaq biz başqa ölkələrdən də hərbi texnika alırıq. Niyə almalayaq? Ermənistan nə edir? Biz pulla alırıq. Cənab Prezident onda tam siyahının olduğunu və yaxın günlərdə dərc olunacağını bildirmişdir.

Həmçinin qeyd etmişdir ki, bu iki həftə ərzində Ermənistanın 200-dən çox tankı məhv edilmiş, 33 tank qənimət götürülmüşdür. Bu isə ümumilikdə 233 erməni tankı deməkdir. Ondan sonra S-300 qurğusu məhv edildi .Hansı ki,hər birinin qiymətini hər kəs bilir. Əgər hamısını hesablasan, ancaq məhv edilən və qənimət götürülən texnika 1-2 milyard dollar dəyərindədir. Görəsən kasıb Ermənistan, cənab Prezidentin də vurğuladığı kimi, bu pulu haradan tapır? Daha sonra cənab Prezident bütün dünyaya çəkinmədən bəyan etdi ki, Ermənistana bunu verirlər və verməkdə davam edirlər. Kimin də verdiyini hər kəs bilir.

Bu qətiyyətli çıxışları ilə cənab Prezident bir daha bütün dünyanın gözü qarşısında hamımızın iradəsini ifadə edərək, Ermənistanı və onun havadarlarını bir daha ifşa etdi. Sanki cənab Prezidentin dili ilə tarixi faktlar dil açıb danışırdı.

Cənab Prezident bildirdi ki, Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu bu hadisələr bir daha göstərdi. Doğrudan da hamı bir ağızdan deyir ki,evim ,eşiyim, malım, mülküm –hamısı batsın, dağılsın, amma təki Qarabağ alınsın. sübut olunur və olunmaqda davam edir ki, bunlar elə-belə, söz xatirinə deyilməyib . Bizim hər birimiz cənab Prezidentin də vurğuladığı kimi bu amalla yaşayırıq.

Mən isə öz novbəmdə ,elə hər birimizin adından da qeyd edirəm ki,bu hadisələr həm də cənab Prezident –Sizin xalqına, vətəninə, millətinə, ulu öndərin hər birimizə miras qoyub getdiyi müstəqil Azərbaycan dövlətçiliyinə nə qədər sadiq olduğunuzu bir daha sübut edir. Özünüzün də dediyiniz kimi, biz bu nisgili, bu həsrəti 30 ildir ki, yaşayırıq, düz 30 il. Əminik ki, məhz Sizin qətiyyətinizlə, Türkiyə dövlətinin, Azərbaycanın bu haqq işində ona inanan, güvənən digər dövlətlərin mənəvi dəstəyi sayəsində bu nisgilə, bu həsrətə son qoyulur və qoyulacaq !

Rəşadətli Azərbaycan Ordusunun Hadrutda dalğalandırdığı Azərbaycan Bayrağı tezlikə Şuşada dalğalanacaq! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
“Demokratik İnkişafın Təşviqi “ İB sədri,
ehtiyatda olan zabit Çingiz Dadaşov

Cebhe.info


Oxunma sayı: 14906

Bizim Telegram səhifəmizi izləyin