hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0516
  • NEFT - 54.77
  • clouds-weather

Ali Məhkəmə “Lider TV” ilə bağlı qərar verəcək

Ali Məhkəmə “Lider TV” ilə bağlı qərar verəcək

“Lider TV və Radio-Azərbaycan” MMC müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi ilə bağlı məhkəmə qərarından kassasiya şikayəti verib.

Məlumata görə, hakim Kəmalə Abıyevanın icraatında olan şikayət üzrə proses yanvarın 17-dək təxirə salınıb.

Qeyd edək ki, Bakı Kommersiya Məhkəməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin iddiasına əsasən, “Lider TV və Radio-Azərbaycan” MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi ilə bağlı qətnamə çıxarıb.

Qətnaməsən verilən şikayəti Bakı Apelyasiya Məhkəməsi təmin etməyib.

“Lider TV və Radio-Azərbaycan” MMC 1998-ci ildə qeydiyyatdan keçib. Şirkətin nəzdində "Lider TV" (1 sentyabr 2000-ci ildən), həmçinin "Radio Lider" fəaliyyət göstərir/Report.

Cebhe.info


Oxunma sayı: 584

Bizim Telegram səhifəmizi izləyin