hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Alimdən ADİU tələbələrinə dəstək: “Biz robot yetişdirmirik”

Alimdən ADİU tələbələrinə dəstək: “Biz robot yetişdirmirik”

Bir neçə gündür Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) bir qrup tələbəsi sosial şəbəkədə imtahan suallarının onlara əvvəlcədən verilməməsinə etiraz edirlər.

Bu məqsədlə də “Tələbə Güc Mərkəzi”nin təşkilatçılığı ilə etiraz aksiyası keçirilib.

Cebhe.info xəbər verir ki, siyasi elmlər üzrə fəlsəfə doktoru dosent, AMEA-nın əməkdaşı Zaur Əliyev məsələyə münasibət bildirərək tələbələrin bu tələbdə haqlı olduğunu deyib.

Zaur Əliyev bildirib ki, müəllimin və universitetin borcu tələbələrə imtahan verəcəkləri sualları öncədən verməkdir:

“Tələbələr bilməlidilər ki, hansı suallar ətrafında imtahanlar olacaq. Bu məsələdə bəzi təhsil ekspertlərinin qarşı mövqe tutmasını anlaya bilmirəm. Müəllimlər və universitet rəhbərliyi tələbələrə materiallar və suallarla təmin etməlidilər ki, onlar hazırlaşa bilsin. Yoxsa dərsi keç, mühazirə apar, seminarda tələbə cavab versin, sonda isə imtahanda başqa sual düşsün, kəsilsin və yenidən yazıq valideyin kəsir-kredit pulu ödəsin ki, günahsız yerə imtahandan kəsilən övladı yenidən imtahan versin.

ADİU rəhbərliyi mütləq tələbələrin tələblərini yerinə yetirməlidilər. Tələbələrə suallar və materiallar təqdim edilməlidir. Onsuz da pandemiya şəraitində ailələr çətinlik çəkirlər, tələbələr virtual dərslərdə keyfiyyətli tədris ala bilmirlər. Onları sıxmaq və ədalətsiz yanaşmaq düz deyil”.

Zaur Əliyev əlavə edib ki, təhsil sistemində boşluqlar çoxdur, bunları mütləq həll etmək lazımdır:

“ADİU rektoru Səməd Seyidov vəzifədə olanda gözəl bir iş görmüşdü, dövlət imtahanlarını ləğv edib hesabat formasında keçirilməsinə şərait yaratmışdı. Tələbə dörd il ərzində lazımlı fənnləri, onlara dərs keçən müəllimləri və universitetin fəaliyyətini qiymətləndirirdilər. Azərbaycanda ən gözəl metod budur.

Yoxsa tələbələri yükləyib imtahan ver siyasəti ilə gələcəyə savadlı kadr verə bilmərik. Biz robot yox insan yetişdiririk əziz ADİU rəhbərliyi. Təhsil ekspertləri, sizlər tələbələrin yanında olmalısız. Onlar bizim gələcəyimizdir”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 3015