hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Alimlər şəhid ailələrini ziyarət etdi

Alimlər şəhid ailələrini ziyarət etdi

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları öz təşəbbüsü ilə Beyləqan rayonunun Kəbirli kəndində şəhid ailələrini ziyarət edib.

Ziyalılar şəhidlərin ailələrinə təskinlik verib, onlara dəstək olduğunu bildiriblər. Alimlər şəhidlik zirvəsi, cəmiyyətdəki vəhdət, dövlət-ordu-xalq birliyindən danışıblar. Qeyd olunub ki, Azərbaycan rəhbərliyi 30 ildir ki, torpaqlarının işğaldan azad olması üçün bütün beynəlxalq hüquq normalarına əməl etməklə mübarizə aparıb, insan itkilərinin olmaması üçün danışıqlar, sülh, diplomatik yolla ərazi bütövlüyünün təmin olunmasına üstünlük verib.

Lakin Azərbaycanın sülhsevər missiyasından düşmən və onun havadarları sui-istifadə edir, işğal olunmuş ərazilərə xaricdən miqrantlar gətirərək məskunlaşdırır, məscidlərimizi, mədəniyyət abidələrini təhqir edir, onlarla şəhər və kəndlərimizi viran qoyur.

Bildirilib ki, ordumuz tezliklə Ali Baş Komandanın rəhbərliyi altında böyük zəfərlərə nail olacaq, Qarabağ problemi birdəfəlik həll ediləcək.

Aydın
Cebhe.info


Oxunma sayı: 2553

Bizim Telegram səhifəmizi izləyin