t Alimlərdən qorxuducu zəlzələ proqnozu: “Fay xətti oyanıb”
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0208
  • EURO - 1.8528
  • NEFT - 28.71
  • clouds-weather

Alimlərdən qorxuducu zəlzələ proqnozu: “Fay xətti oyanıb”

Alimlərdən qorxuducu zəlzələ proqnozu: “Fay xətti oyanıb”

Bu gün saat 21 radələrində Türkiyənin Elazığ bölgəsində  6,8 bal gücündə zəlzələ olub. 

Bu şəhərdə təhsil alan tələbələrin Cebhe.info-ya verdiyi məlumata görə, zəlzələdən sonra şəhər əhalisi küçələrə çıxıb, təcili tibbi yardım maşınları hazır vəziyyətə gətirilib və məhəllələr boyunca növbələrə başlayıb. Bir neçə bina dağılıb, yaralılar var. 

Şəhər sakinləri küçələrə axışıb.

Qazi Universitetinin professor Süleyman Pampal zəlzələdən sonra narahatedici açıqlamalar verib. O bildirib ki, zəlzələ Osmaniyədə də hiss edilib: 

“Arada çox uzaq məsafə var. Yaxın zamanda xəbərlər gələr. Zəlzələ dağıdıcı olub. Bölgənin quruluşu risklidir”.

Professor Naci Görür də nikbin danışmayıb: 

“Bu mərhələdə nəsə demək mümkün deyil. Güclü zəlzələdir. Yanılmaq istərdim, amma tələfat olacağını düşünürəm.  Bizim fikrimizcə, Şərqi Anadolu fay xətti oyanıb. Bu fay xətti üzərində illərdir ki, zəlzələ olmurdu”

Xəzər
Cebhe.info


Oxunma sayı: 6018