hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Almaniya 1500 qaçqına qucaq açacaq

Almaniya 1500 qaçqına qucaq açacaq

Almaniyanın Yunanıstandakı Moria düşərgəsindəki yanğından sonra sığınacaqsız qalan 1500 qaçqını qəbul edəcəyi bildirilib.

Cebhe.info-nun məlumatına görə, bu barədə Almaniyanın Federal Kansleri Angela Merkel çıxış edib. Merkelin sözlərinə görə, əsasən uşaqlı ailələr Almaniyaya qəbul olunacaq.

Qeyd edək ki, Yunanıstanın Midilli adasında qurulan Moria düşərgəsi 2 min nəfərlik olsa da, burada 12 min nəfər qaçqın yaşayırdı. Hazırda isə yanğın nəticəsində sığınacaqları da qalmayıb.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 551