hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Almaniya İqtisadiyyatı nə qədər geriləyib?

Almaniya İqtisadiyyatı nə qədər geriləyib?

Almaniya İqtisadiyyat və Energetika Nazirliyi ölkə iqtisadiyyatı ilə bağlı aylıq hesabatını dərc edib.

Cebhe.info xəbər verir ki, hesabatda Almaniya iqtisadiyyatının ilin ilk yarısında iqtisadi istehsalda tarixi bir geriləmə yaşadığı bildirilib.

Həmçinin Almaniyanın bəzi ticarət tərəfdaşlarının hələ də koronavirusun ağır təsiri altında qaldığı vurğulanaraq, iqtisadiyyatın yaxşılaşmasının Almaniyada və digər ölkələrdə COVID-19-un necə inkişaf edəcəyindən asılı olduğu qeyd edilib.

Almaniya hökuməti COVID-19-un alman iqtisadiyyatını İkinci Dünya Müharibəsindən bəri ən dərin tənəzzülə sürükləyəcəyini bildirir.

Hesabatda ixracın azalması və pandemiyanın yayılmasının qarşısını almaq üçün görülən tədbirlərin daxili istehlaka təsiri qeyd edilib. ÜDM-də bu il 6,3 faiz azalma proqnozlaşdırır. Ölkədə bu ilin ikinci rübündə ümumi daxili məhsul (ÜDM) 10,1 faiz azalıb.

Naibə
Cebhe.info


Oxunma sayı: 3081