hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Almaniya rus peyvəndi ilə bağlı qərarını verdi

Almaniya rus peyvəndi ilə bağlı qərarını verdi

Almaniya koronavirus infeksiyasına qarşı “Sputnik V” peyvəndinin alınması ilə bağlı Rusiya ilə ikitərəfli danışıqlar aparacaq.

Cebhe.info-nun məlumatına görə, Almaniyanın Səhiyyə naziri Yens Şpan belə deyib.

Almaniyanın müvafiq planları barədə bundan əvvəl “Reuters” də məlumat əldə etmişdi. Bu barədə açıqlama verən mənbə bildirib ki, Avropa Komissiyası “Sputnik V”-nin tədarükü məsələsini Rusiya Federasiyası ilə hələ müzakirələrə başlamamağı qərara alıb. Peyvənd mart ayından etibarən Avropa Dərman Vasitələri Agentliyi (ADVA) tərəfindən sınaqdan keçirilir.

Yens Şpan bildirib ki, “Sputnik V” ADVA tərəfindən təsdiqlənərsə, o zaman Almaniya Rusiyadan nə zaman və nə qədər peyvənd almaq barədə cavab gözləyəcək.

“Avropa Birliyinin Səhiyyə Nazirləri Şurasında izah etdim ki, bu halda Rusiya ilə ikitərəfli əsasda, yəni nə vaxt ümumiyyətlə, nə qədər ala biləcəyimiz barədə danışacağıq” – Şpan “WDR5” radiosuna açıqlamasında bildirib.

“Sputnik V” 59 ölkədə istifadə üçün təsdiq edilib. Avropa ölkələrindən rus peyvəndinin istifadəsinə xüsusilə, Macarıstan və Slovakiya artıq qərar verib. Çexiya isə bəyan edib ki, Avropa ölkələrinə lazımi miqdarda peyvənd verilmədiyi üçün AB-nin mövqeyi Rusiya ilə danışıqlara başlamağa məcbur edir.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 287