hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Almaniyada koronavirusla bağlı vəziyyət kəskinləşib

Almaniyada koronavirusla bağlı vəziyyət kəskinləşib

Almaniyada son 24 saat ərzində COVID-19 virusuna 9 677 nəfər yoluxub, həmin xəstəliyə yoluxanlardan 298 nəfər ölüb.

Bunu Berlindəki Robert Kox İnstitutu (RKI) bildirib. Halbuki əvvəlki gün ölkədə 6 885 nəfər yoluxmuş, 90 nəfər də ölmüşdü.

Qeyd edək ki, dekabr – yanvar aylarında Almaniyada gündəlik yoluxma sayı bir ara 25-30 minə çatıb. Son vaxtlar ölkədə koronavirusun üçüncü dalğasına dair fikirlər səsləndirilir, karantin məhdudiyyətləri də aprelin 18-dək uzadılıb.

RKI-yə görə, bütövlükdə pandemiya dövründə Almaniyada koronavirusa 2 910 445 nəfər yoluxub, bunların 77,4 minə yaxını dünyasını dəyişib/Report.

Cebhe.info


Oxunma sayı: 397