hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

Almaniyada soydaşlarımız 36 azərbaycanlıdan polisə şikayət etdi: Həbs və deport olunanlar var

Almaniyada soydaşlarımız 36 azərbaycanlıdan polisə şikayət etdi: Həbs və deport olunanlar var

“Bizdə olan məlumata əsasən, 2018 və 2019 -cu ilin ilk 6 ayı ərzində 36 həmvətənimiz haqqında Almaniyanın hüquq-mühafizə orqanlarına şikayət daxil olub. Onlardan üçünün kollektiv şikayət olduğunu nəzərə alsaq, deməli, şikayətçilərin sayı 51 nəfər olub. Şikayət edənlərin əksəriyyəti Şimali Reyn Vestfaliya, Bavariya federal ərazilərində yaşayan həmvətənimizdir”.

Cebhe.info xəbər verir ki, bunu Almaniyada yaşayan hüquqşünas Əlövsət Əliyev deyib. O bildirib ki, məlumata görə, həmin şikayətlər əsasında ayrı-ayrı faktlar üzrə cinayət işi başlanılıb,16 nəfərin yaşayış yerində axtarış aparılıb: “Həmin şəxslərdən 3-nün yaşayış yerindən başqa şəxslərə məxsus olan pasportlar ve şəxsiyyəti təsdiq edən digər sənədlər aşkar edilərək götürülüb. Bizdə olan informasiyaya əsasən, şikayətlər üzrə yalnız bir halda iş baxılması üçün məhkəməyə göndərilişb, digər əksər hallarda isə cinayət işinə xitam verilib, 9 hal üzrə isə araşdırma davam edir. Edilmiş şikayətlər əsasında bir nəfər həbs, daha bir nəfər isə deportasiya edilib”. Şikayətlərdən 19-u ailə münaqişəsi, 7-si həmvətənlərimizin qanunsuz fəaliyyətləri, 2-si qanunsuz status verilməsi, 2-si isə qanunsuz zor tətbiq etmə ilə bağlı olub. Digər şikayətlərin məzmununu dəqiqləşdurmək mümkün olmayıb: “Nəticələr onu göstərir ki, həmvətənlərimiz daha çox faktlara deyil, əldə etdikləri məlumatlara, yaxud qərəzli münasibətə görə şikayət edirlər”.
Cebhe.info


Oxunma sayı: 2399