hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Almaniyadan Azərbaycana göndərilən mühacirlərlə bağlı RƏSMİ AÇIQLAMA

Almaniyadan Azərbaycana göndərilən mühacirlərlə bağlı RƏSMİ AÇIQLAMA

Almaniyadan ölkəmizə 61 nəfər mühacir azərbaycanlı geri qaytarılıb. 

Bu barədə Cebhe.info-ya Dövlət Miqrasiya Xidməti tərəfindən bildirilib. 

Məlumatda deyilir ki, “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişin icrası çərçivəsində 14.11.2019-cu il tarixdə Almaniyadan ölkəmizə çarter reysi ilə 61 nəfər Azərbaycan Respublikası vətəndaşının readmissiyası (geri qaytarılması) həyata keçirilib. 

Onlardan 22 nəfəri kişi, 18 nəfəri qadın, 21 nəfəri uşaq olub. Readmissiya olunan Azərbaycan vətəndaşları Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən qarşılanıb. 

Alçina Amilqızı 
Cebhe.info


Oxunma sayı: 6689