hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0259
  • EURO - 1.8816
  • NEFT - 57.98
  • clouds-weather

Almaniyaya qaçqın kimi gedən azərbaycanlıların sayı azalır: SƏBƏB

Almaniyaya qaçqın kimi gedən azərbaycanlıların sayı azalır: SƏBƏB

Almaniyaya qaçqın statusu üçün müraciət edən həmvətənlərimizin sayı azalmaqda davam edir.

Cebhe.info xəbər verir ki, bu barədə “Azlegat” Almaniya Federativ Respublikasının Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsinin statistikasına istinadən xəbər yayıb.  

Məlumata görə, 2019-cü ilin ilk 6 ayı ərzində 999 Azərbaycan vətəndaşı qaçqın statusu almaq üçün müraciət edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqaisədə 40 faizdən çox azalma deməkdir. Belə ki, ötən ilin eyni dövründə müraciət edənlərin sayı 1500 nəfərə yaxın olmuşdu. 

Umumiyyətlə, 2018-ci ildə sığınacaq üçün müraciət edən Azərbaycan vətəndaşlarının sayı 2900 nəfər olub. 2017-ci ildə 3030 nəfər, 2016-ci ildə 4750 nəfər, 2015-ci ildə 1497 nəfər, 2014-cü ildə isə 1295 nəfər qaçqın statusu almaq üçün müraciət edib. 

Qurum Almaniyadan sığınacaq istəyənlərin sayının azalmasını ölkədən emmiqrasiya edənlərin sayının azalması ilə əlaqələndirilməsilə razılaşmır. Bu, ilk növbədə Almaniyanın miqrasiya siyasətini sərtləşdirməsi ilə bağlıdır.

Almaniyaya sığınmaq üçün müraciət edən Gürcüstan vətəndaşlarının da sayı 20% azalıb. Belə ki, cari ilin yanvar-iyun aylarında sığınacaq üçün 2 111 nəfər Gürcüstan vətəndaşından müraciət daxil olduğu halda, ötən ilin müvafiq dövründə bu rəqəmin 2 640 olduğu bildirilir.

Xəzər
Cebhe.info


Oxunma sayı: 3884