hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 62.84
  • clouds-weather

Alpaqut Turan döyüş sənəti üzrə Gəncəbasar regional açıq birinciliyi keçirilib - FOTOLAR

Alpaqut Turan döyüş sənəti üzrə Gəncəbasar regional açıq birinciliyi keçirilib - FOTOLAR

Dünən Tovuz rayon Gənclər və İdman İdarəsinin və Azərbaycan Alpaqut Federasiyasının Gəncəbasar regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə Tovuz Olimpiya İdman Kompleksi Alpaqut Turan Döyüş sənəti üzrə Gəncəbasar regional açıq birinciliyi keçilib. 

Bu barədə məlumatı Cebhe.info-ya AAF-ın regionların inkişafı üzrə vitse-prezidenti, "TEGİN" Rafiq Qasımov verib.

Alpaqut Turan döyüş sənətinin üç (Batur, Caymaz və Qurşaq) sistemi üzrə keçirilən yarışda Alpaqut Federasiyasının Tovuz, Qazax, Ağstafa, Laçın və Şəmkir filialının üç bölməsi olmaqla ümumilikdə 7 komandadan 109 idmançı iştirak edib.

Batur sistemi üzrə komanda hesabında qaliblər müəyyənləşib. Birinci yerin qalibi Şəmkir (Zəyəm Cırdaxan) bölməsi olub. İkinci yerə Qazax, 3-cü yerə Laçın komandaları çıxıb. 

Yarışda Çaymaz sistemi üzrə 1-ci yerə Tovuz komandası layiq görülüb. 2-ci yerə Şəmkir (filialı), 3-cü yerə Ağstafa komandaları layiq görülüblər. 

Qurşaq sistemi üzrə isə 1-ci yerə Qazax komandası layiq görülüb. 2-ci yerin qalibi Laçın, 3-cü yerin qalibi isə Şəmkir komandası olub.

İdmançılar medal və diplomla, komandalar isə kuboklarla mükafatlandırılıblar. Mükafatlar Tovuz rayon Gənclər və İdman İdarəsi tərəfindən yarış iştirakçılarına təqdim olunub. 

Aydın
Cebhe.info


Oxunma sayı: 1682