hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0234
  • EURO - 1.9961
  • NEFT - 78.14
  • clouds-weather

Alpinistlərin xatirəsinə quraşdırılmış bürünc lövhə tapılıb

Alpinistlərin xatirəsinə quraşdırılmış bürünc lövhə tapılıb

Son günlər sosial şəbəkələrdə 2017-ci ildə qar uçqununda həlak olmuş alpinistlər Namin Bünyatov, Fəridə Cəbrayılzadə və Babur Hüseynovun xatirəsinə quraşdırılmış lövhənin oğurlanmasına dair məlumatlar yayılıb.

Cebhe.info-nun məlumatına görə, bununla bağlı açıqlama verən Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbov bildirib ki, sözü gedən məsələ ilə bağlı Qusar RPŞ tərəfindən dərhal həmin ərazidə araşdırma aparılıb və bürünc lövhə Qusar rayonu Tufandağın ətəyindəki Mahmuddərə ərazisindən tapılıb.

"Ehtimal olunur ki, lövhənin quraşdırıldığı yerdən itməsinə qış aylarında olan qar uçqunları və ya sel səbəb səbəb olub", - deyə X. Talıbov əlavə edib.

Cebhe.info


Oxunma sayı: 1442