hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0269
  • EURO - 1.9162
  • NEFT - 66.89
  • clouds-weather

AMADA dünyada ilk dəfə innovativ təşviqat proqramını təqdim edib

AMADA dünyada ilk dəfə innovativ təşviqat proqramını təqdim edib

Azərbaycan Milli Antidopinq Agentliyi 13-14 mayda Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan paracüdo üzrə Qran-pri (IBSA Judo Grand Prix Baku 2019) turnirində dopinqlə mübarizə sahəsində dünyada ilk olaraq innovativ təşviqat proqramını təqdim edib.

Qurumdan  verilən məlumata görə, 36 ölkədən 400-dən çox qonağın iştirak etdiyi turnir üçün hazırlanan xüsusi təşviqat proqramı çərçivəsində Azərbaycan və ingilis dillərində Brayl əlifbasi ilə çap edilmiş üç növ məlumatlandırıcı materiallar ilə testlər hazırlanıb və paylanılıb.

Həmçinin AMADA dünyada ilk dəfə olaraq görmə imkanları məhdud idmançılar üçün interaktiv audio əsaslı “iQuiz” antidopinq viktorina sistemini hazırlayıb. 5 sualdan ibarət bu xüsusi qurğu onların məhdud imkanlarını nəzərə alaraq dopinqlə mübarizə sahəsində biliklərini yoxlamağa imkan verir. Hər düzgün cavab bir “vazari” xalı, hər səhv cavab isə “şido” cəriməsi ilə nəticələnir. İki səhv cavab verən iştirakçı məğlub olur. Ən azı dörd sualı düzgün cavablandıran cüdoçü isə “ippon”, yəni qələbə qazanır.

Yarışda iştirak edən idmançılar, o cümlədən Azərbaycanın 2 qat paralimpiya çempionu İlham Zəkiyev, bir sıra milli və beynəlxalq idmançılar tədbirin keçirildiyi günlər ərzində antidopinq biliklərini nümayiş etdirərək AMADA-dan xüsusi hədiyyələr qazanıblar.

Cebhe.info


Oxunma sayı: 1057