hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Amerikalı ekspert: “Ermənistanın terror hücumları dayandırılmalıdır”

Amerikalı ekspert: “Ermənistanın terror hücumları dayandırılmalıdır”

"Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə və Mingəçevirə raket və kasetli bombalardan istifadə edilməklə edilən terror hücumları dayandırılmalıdır”.

Bunu Mia.az-a ABŞ politoloqu, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys deyib.

“Avropa da faşist Paşinyana qarşı səssiz qalmaqla və iqtisadi-siyasi sanksiyalar tətbiq etməməklə, uşaqları və qadınları öldürən erməni terrorçularını cəzalandırmamaqla bu məsələnin iştirakçısı olur. Ermənistanı canilər idarə edir və biz İrəvan canavarlarına qarşı birləşməliyik”, - o bildirib.

Qeyd edək ki, bu gecə saat 01:00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə raket zərbələri endirilməsi nəticəsində 13 nəfər ölüb, 40-dan artıq insan yaralanıb.

Cebhe.info


Oxunma sayı: 3180

Bizim Telegram səhifəmizi izləyin