hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Amerikalı hərbçilər Donbasa gedib: Əmin olmaq üçün

Amerikalı hərbçilər Donbasa gedib: Əmin olmaq üçün

ABŞ hərbçiləri Ukraynanın Donbass bölgəsinə səfər ediblər.

Cebhe.info xəbər verir ki, nümayəndə heyətinə ordu və müdafiə məsələləri üzrə attaşe, polkovnik Brittani Stüart rəhbərlik edir.

Rəsmi məlumata görə, hadisə yeni deyil, lakin bu barədə məhz indi xəbər yayılıb. Amerikalılar təmas xəttindəki vəziyyəti müşahidə edib, ukraynalı həmkarları ilə müzakirələr aparıblar. "Onlar Ukraynanın şərqində Rusiyanın işğalçı ordusunun varlığıma əmin olublar", - deyə məlumatda vurğulanıb.

Polkovnik Stüart yalnız onu bildirməklə kifayətlənib ki, ABŞ Ukrayna sərhədlərində yaranmış vəziyyətdən narahatdır. Bu ölkənin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir.

Nümayəndə heyəti həmçinin həlak olan Ukrayna hərbçilərinin xatirəsinə ucaldılan abidəni də ziyarət edib.

Xəzər

Cebhe.info


Oxunma sayı: 309