hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Amerikalı konqresmen sərsəmlədi: “ABŞ-ın Azərbaycana hərbi dəstəyi dayandırılsın”

Amerikalı konqresmen sərsəmlədi: “ABŞ-ın Azərbaycana hərbi dəstəyi dayandırılsın”

Ermənipərəst amerikalı konqresmen Kris Smit ABŞ hökumətini Qarabağa maddi vəsait ayırmağa çağırıb.

Amerikalı konqresmen öz məktubunda ermənipərəst olduğunu bir daha sübut edib və sərsəmləyərək bildirib ki, Azərbaycan Ordusunun Qrabağda torpaqlarımızın işğaldan azad eidlməsinə yönəlik hərbi əməliyyatlarını “hücum” adlandırıb. O, sərsəm açıqlamasında qeyd edib ki, guya rəsmi Bakı erməni “əsirləri” Ermənistana qaytarmaqdan imtina edib.

Cebhe.info xəbər verir ki, bu barədə ABŞ-dakı Ermənistan Milli Komitəsinin məlumatına istinadən erməni mətbuatı yazıb. ABŞ Nümayəndələr Palatasının Xarici əlaqələr üzrə komitəsinin üzvü Kris Smit Nümayəndələr Palatasından Qarabağa ən azı 50 milyon dollar maddi vəsait köçürməsini istəyib. Konqresmenin sözlərinə görə, köçürüləcək maddi vəsait Qarabağda ərzaq, yaşayış, səhiyyə və infrastrktur problemlərinin aradan qaldırılmasına xərclənəcək.

Qeyd edək ki, amerikalı ermənipərəst konqresmen öz məktubunda Azərbaycan və Türkiyənin əleyhinə həqiqəti əks etdirməyən məqamlara toxunub. O, həmçinin ABŞ tərəfindən Azərbaycana edilən hərbi dəstəyin dayandırılmasını tələb edib. Bildirək ki, ABŞ-dakı Ermənistan Milli Komitəsinin icraçı direktoru Aram Amparyan Kris Smitin təkliflərini dəstəkləyib və qeyd edib ki, Qarabağ müharibəsinin sona çatdığı gündən bəri ABŞ hökuməti Qarabağa humanitar problemləri həll etmək üçün heç bir ciddi dəstək göstərməyib.
Sevinc Tapdıqqızı
Cebhe.info


Oxunma sayı: 1519