hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8961
  • NEFT - 59.01
  • clouds-weather

Amerikalıların yarıdan çoxu Trampın impiçment prosedurunu təqdir edir

Amerikalıların yarıdan çoxu Trampın impiçment prosedurunu təqdir edir

Amerikalıların yarısından çoxu Konqresdə demokratlar tərəfindən ABŞ Prezidenti Donald Trampın impiçment prosedurunu təqdir edir.

"The Wall Street Journal" qəzeti və "NBC" telekanalının sifarişi ilə keçirilən sorğunun nəticələrindən belə məlum olur.

Sorğuda iştirak edənlərin 55 faizi hesab edir ki, demokratlar ABŞ Konqresində impiçment prosedurunu başladaraq düzgün addım atıblar.

Respondentlərin 39 faizi isə impiçment prosedurunu dəstəkləmir.

ABŞ Prezidenti Donald Trampın fəaliyyətini 43 faiz respondent dəstəkləyir.

Trend xatırladır ki, sorğu 4-6 oktyabr tarixlərində keçirilib. Sorğuda 800 nəfər iştirak edib.

Cebhe.info


Oxunma sayı: 727