hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0228
  • EURO - 2.0641
  • NEFT - 56.02
  • clouds-weather

Ana öz antitelini körpəsinə verib - Dünyada İLK DƏFƏ

Ana öz antitelini körpəsinə verib - Dünyada İLK DƏFƏ

Sinqapurda qadın antiteli olan uşaq dünyaya gətirib.

Cebhe.info xəbər verir ki, bu barədə "The Straits Times" nəşri yazıb.

Məlumata görə, bu, dünyada antitellə doğulan ilk körpədir.

Nəşrin yazdığına görə, 31 yaşlı Selin Nq-Çan hamiləlikdə koronavirusa yoluxub. Ona bu diaqnoz hamiləliyin 10-cu həftəsində qoyulub. 7 noyabrda qadın körpəsini dünyaya gətirib, uşaqda antitel aşkarlanıb.

Qadında isə SARS-CoV-2-a qarşı antitel yoxa çıxıb. Həkimlər ananın onu körpəyə ötürdüyünü təxmin edirlər.

Məlumat üçün bildirək ki, koronavirusdan sağalan xəstələrin qanında bu xəstəliklə mübarizə aparan antitellər, antiscimlər yaranır.

Xəzər
Cebhe.info


Oxunma sayı: 1651

Bizim Telegram səhifəmizi izləyin