hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0695
  • NEFT - 55.08
  • clouds-weather

ANAMA: "3-5 ilə insanların ata-baba yurduna qayıtması üçün minalar təmizlənəcək"

ANAMA: "3-5 ilə insanların ata-baba yurduna qayıtması üçün minalar təmizlənəcək"

“İşğaldan azad olunmuş ərazilərin 80 faizi partlayıcı maddələr baxımından təhlükəli ərazilərdir. İşğaldan azad olunmuş ərazilərin 10 il ərzində təmizlənməsi nəzərdə tutulur”.

Bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Operativ Qərargah rəisi İdris İsmayılov bildirib.

İ. İsmayılov deyib ki, 3-5 il ərzində isə insanların ata-baba yurdlarına qayıtması üçün infrastruktur obyektlərində, əhalinin qayıtması üçün zəruri olan məkanlarda minalardan təmizləmə işləri aparılacaq:

"Daha sonra otlaq, əkin sahələrində, sonra ucqar ərazilər təmizlənəcək”.

Cebhe.info


Oxunma sayı: 5721

Bizim Telegram səhifəmizi izləyin