t Anar Burcəliyevin deputatlığa namizədliyi qeydə alındı 
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0275
  • EURO - 1.8840
  • NEFT - 62.65
  • clouds-weather

Anar Burcəliyevin deputatlığa namizədliyi qeydə alındı 

Anar Burcəliyevin deputatlığa namizədliyi qeydə alındı 

Teatrşünas-tənqidçi Anar Burcəliyevin deputatlığa namizədliyi qeydə alınıb.

Cebhe.info xəbər verir ki, o, mandat uğrunda 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsində yarışacaq. 

Xatırladaq ki, Anar Məmməd oğlu Burcəliyev 1974-cü il sentyabr ayının 11-də Gəncə şəhərində ziyalı ailəsində anadan olub. O, Respublikada çapdan çıxan qəzet və jurnallarda 400-dən artıq məqalə, ressenziya, oçerklərin və eləçə də müsahibələrin həmçinin doqquz kitabın müəllifidir. 

Anar Burcəliyev 2011-ci ildən Azərbaycan Teatr Xadimləri İttifaqı və 2017-ci ildən isə Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 1992-ci ildə A. Burcəliyev C. Cabbarlının “Olum ya Ölüm” və ya “Od gəlini” referat məruzəsinə görə Azərbaycan Respublikası Ali Məktəb tələbələrinin XVI Respublika Elmi Konfransının xüsusi diplomu ilə mükafatlandırılıb. 2001-ci ildə “MUGAN-MEDİA” Beynəlxalq mükafatı laureatı adına layiq görülüb. 30 iyun 2008-ci il tarixində isə Azərbaycan Respublikası Prezidenti adından “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə təltif olunub.
Cebhe.info


Oxunma sayı: 2531