hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0257
  • EURO - 1.8876
  • NEFT - 58.73
  • clouds-weather

Anara ilk alternativ var: “Namizəd olsam, məni güllələyəcəklər?” - GƏNC ŞAİR

Anara ilk alternativ var: “Namizəd olsam, məni güllələyəcəklər?” - GƏNC ŞAİR

Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayına az qalır. 

Doğrudur, hələlik dəqiq vaxt açıqlanmayıb. Hazırkı sədr Anarın da namizədliyini irəli sürüb-sürməyəcəyi məlum deyil. Amma artıq sədrlik postuna gənclərdən namizəd də var. 

Cebhe.info xəbər verir ki, AYB üzvü, Prezident təqaüdçüsü, şair Emil Rasimoğlu namizəd olacağını açıqlayıb. O, hətta bir sıra məsələlərə sərt tənqidlə yanaşıb. Emil Rasimoğlu bildirib ki, namizədliyə də, sədrliyə də iddialıdır: 

“AYB-nin XIII qurultayı ilə bağlı kim fikir söyləyirsə, ilk öncə diqqət Anar müəllimə və onun namizəd olub-olmamasına yönəlir. Axı mən, eləcə də digər qələm adamları məlum məsələ ilə bağlı münasibət bildirəndə niyə Anar müəllimin namizəd olub-olmayacağını nəzərə almalıyam və ya nəzərə almalıdırlar? Bu, nə düşüncədir? Qurultay zamanı namizədliyini verər də özü bilər, verməz də... Verəcəksə, o da olacaq namizədlərdən biri. Belə çıxır ki, Anar Rzayev namizədliyini verdiyi halda bütün proseslər başqa cür cəryan etməlidir, vermədiyi halda isə tamam başqa cür? Görün hansı durumdur ki, Anar müəllim namizədlik addımı ilə belə düşüncələrə, münasibətlərə ümumilikdə mühitə təsir göstərməyi bacarır. Ona görə bir çoxları öz mövqeyini onu nəzərə alaraq bəlli edir”. 

Şairin sözlərinə görə, ədəbi mühitdə belə bir aura yaranıb ki, nə qədər Anar müəllim var, o qədər də alternativsizlik anlayışı hökm sürməlidir. O hesab edir ki, bu auranı yaradan da gənc yazarlardan tutmuş AYB-də çalışan məsul şəxslərdir: 

“Məhz bu baxımdan bu gün Anar müəllim artıq namizədsizlikdən, sağlam mübarizəsizlikdən, süni yaradılmış alternativsizlikdən Azərbaycan Yazıçılar Birliyinə sədr vəzifəsindədir. Bu qədər mütilik olmaz. Ədəbi camiədəki bu adamlar hələ sədrlik bir yana, namizədliyə belə özlərini inandırıb rəva görmürlər. Mən AYB-nin XIII qurultayında namizədliyə də, sədrliyə də iddialıyam. Namizəd olduğum halda məni güllələyəcəklərmi, ya ümumən belə bir hüququm yoxdumu? Yoxsa namizəd olmaq Anar müəllimə düşmən olmaqdı? Xüsusən ədəbi gəncliyin növbəti qurultayda namizəd kimi çoxluq təşkil etməsinin tərəfdarıyam. Bu baxımdan da həmkarlarımı sağlam mübarizəyə və özünə inama çağırıram. Buna isə ümid edirəm”.

Qeyd edək ki, birlikdən verilən açıqlamalara görə, növbəti qurultay ilin sonunda və ya gələn ilin əvvəlində baş tuta bilər. 

Yeganə 
Cebhe.info


Oxunma sayı: 1585