t "Anglo-Asian Mining” Azərbaycana 2019-cu ildə 7,5 mln. dollar vergi ödəyib
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0273
  • EURO - 1.8748
  • NEFT - 59.30
  • clouds-weather

"Anglo-Asian Mining” Azərbaycana 2019-cu ildə 7,5 mln. dollar vergi ödəyib

"Anglo-Asian Mining” Azərbaycana 2019-cu ildə 7,5 mln. dollar vergi ödəyib

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti 2019-cu il ərzində 7,5 mln. dollar məbləğində vergi ödəyib.

“Report” xəbər verir ki, bu barədə şirkətin 2019-cu illə bağlı hesabatında qeyd olunub.

Bu məbləğin 0,5 mln. dolları 2019-cu ilin IV rübündə ödənilib.

Şirkət 2019-cu ildə 8,7 mln. dollar, IV rübdə isə 4,1 mln. dollar dividend ödəyib.

“Anglo-Asian Mining” 2019-cu il ərzində nağd pul kütləsini 15,1 mln. dollar artıraraq 21,2 mln. dollara çatdırıb. IV rübdə isə artım 2,1, mln. dollar təşkil edib.

Cebhe.info


Oxunma sayı: 815