hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Ankara dəstək axtarışında - Nazir görüşlərə başladı

Ankara dəstək axtarışında - Nazir görüşlərə başladı

Türkiyə “Barış Pınarı” hərəkatı çərçivəsində diplomatik müzakirələrə başlayıb. 

Cebhe.info xəbər verir ki, bu haqda məlumatı Türkiyə mətbuatı yayıb.

Məlumata görə, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün səhər saatlarında alman həmkarı Heiko Maasla telefonda danışıb. Diplomatik mənbələrə istinadan yayılan məlumata görə, telefon danışığında konkret olaraq nələrin müzakirə olunduğu məlum olmasa da, “Barış Pınarı” hərəkatı ilə bağlı dəstək məqsədli söhbət aparılıb.

Qeyd edək ki, bundan əvvəl Çavuşoğlu ABŞ xarici işlər naziri Maykl Pompeo, rusiyalı həmkarı Sergey Lavrov və iranlı həmkarı Cavad Zəriflə telefonda danışıb. 

Diplomatik görüşlərdə məqsədin isə Türkiyənin Şimal sərhədlərində terrorçulara qarşı aparılan “Barış Pınarı” hərəkatına dəstək almaq olduğu bildirilir. 

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 551