hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

Ankara OSTİM Texnik Universitetinin açılışı olub - FOTOLAR

Ankara OSTİM Texnik Universitetinin açılışı olub - FOTOLAR

Bu gün "AZURE Center"də Ankara OSTİM Texnik Universitetinin Bakı nümayəndəliyinin rəsmi açılışı mərasimi keçirilib.

Cebhe.info xəbər verir ki, tədbirdə deputatlar, ictimaiyyət nümayəndələri iştirak edib.

Universitetin Bakı nümayəndəliyinin rəhbəri Fuad Hacıyev açılış mərasimində çıxış edərək qonaqları salamlayıb, universitetin Bakıda uğurlu fəaliyyət göstərəcəyinə inandığını deyib.

Universitetin rektoru Murat Yülek çıxış edərək bildirib ki, Bakıda açılan nümayəndəlik ilkdir: "Bir çox qurumlar, başda Təhsil Nazirliyi olmaqla əməkdaşlıq edəcəyik və uğurlu fəaliyyət göstərəcəyik".

Tədbirdə çıxış edən deputat Razi Nurullayev qeyd edib ki, ölkəni təhsil xilas edəcək:

"İnanıram ki, azərbaycanlı tələbələr oxuyub, ölkəyə qayıdıb vətənə, dövlətə xeyir verəcəklər. Səri olduğum Milli Cəbhə Partiyasının da əsas istiqamətlərindən biri təhlisin inkişafıdır. Bu istiqamətdə mənim də üzərimə hansı iş düşəcəksə, onu həyata keçirməyə hazıram".

Tədbirin sonunda digər qonaqlar da təbrik nitqi ilə çıxış edib, nümayəndəliyin fəaliyyətində uğurlar arzulayıb.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 727