hava haqqinda Bakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.8962
  • NEFT - $ 73.37
  • clouds-weather

ANS açılacaq? - Vahid Mustafayev susur, MTRŞ gözləyir

ANS açılacaq? - Vahid Mustafayev susur, MTRŞ gözləyir

Məlum olduğu kimi, 2016-ci ilin iyul ayında Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı Azərbaycanda aparılan təhqiqatlar nəticəsində ANS Yayım və Media Şirkətinin fəaliyyəti dayandırılıb. 

Bu gün isə ANS-in rəhbəri V.Mustafayev bu məsələ ilə bağlı kanalın heç bir günahının olmadığını və bunun tam sübut edildiyini bildirib. 

ANS Yayım və Media Şirkətinin prezidenti Vahid Mustafayev Azərbaycan Respublikasının Baş Prokurorluğundan ANS-ə tam bəraət qazandıran məktub aldığını qeyd edib. Bu isə ANS-in fəaliyyətinin bərpa ediləcəyi barədə müzakirələr yaradıb. 

Cebhe.info bu məsələ ilə Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşovla əlaqə saxlasa da, o, bu məsələ ilə bağlı danışmaq istəmədiyini bildirib. 

Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Asəf Hacıyev isə Modern.az-a deyib ki, rəsmi sənədlə tanış olmadan konkret fikir bildirməkdə çətinlik çəkir:

 

“Məlumatım olmadığı üçün nə deyə bilərəm? Hazırda mənim əlimdə Baş Prokuroluğun sənədi yoxdur bilim ki, bu həqiqətdir, yoxsa yox. Mən o sənədi görməmiş heç nə deyə bilmərəm”.

Cebhe.info məsələ ilə bağlı Vahid Mustafayevlə əlaqə yaratmağa cəhd etsə də, o, telefon zənglərinə cavab verməyib.

Səyad Həsənli 
Cebhe.info


Oxunma sayı: 1431