hava haqqindaBakı
Bu gün 30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.9268
  • NEFT - $ 61.98
  • clouds-weather

ANS də açılır?- “Siz məni elə yerdə yaxalamısınız ki...”-Vahid Mustafayev 

ANS də açılır?- “Siz məni elə yerdə yaxalamısınız ki...”-Vahid Mustafayev 

APA İnformasiya Agentliyinin fəaliyyətinin bərpasından sonra ANS Yayım və Media Şirkətinin də açılması məsələsi gündəmə gəlib.

Xatırladaq ki, bir müddət əvvəl ANS Yayım və Media Şirkətinin prezidenti Vahid Mustafayev Azərbaycan Respublikasının Baş Prokurorluğundan ANS-ə tam bəraət qazandıran məktub aldığını açıqlamışdı. 

ANS Yayım və Media Şirkətinin yenidən fəaliyyətini bərpa edəcəyi ilə bağlı yayılan xəbərlərin həqiqətəuyğun olub-olmadığını dəqiqləşdirmək üçün şirkətin prezidenti Vahid Mustafayevlə əlaqə saxladıq. Cebhe.info-ya danışan Vahid Mustafayev məsələdən xəbərsiz olduğunu dedi: “Mən xaricdə görüşdəyəm. Siz məni elə yerdə yaxalamısınız ki, danışa bilmirəm. Mənim heç nədən xəbərim yoxdur”.

Alçina Amilqızı 
Cebhe.info


Oxunma sayı: 5314