hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Aprel şəhidlərinin övladları himayəyə götürüldü

Aprel şəhidlərinin övladları himayəyə götürüldü

Füzuli rayonundan olan aprel şəhidlərinin övladları himayəyə götürülüb.

Cebhe.info xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov bildirib. Deputat aprel şəhidlərinin övladlarının himayəyə götürülməsi ilə bağlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına müraciətinin müsbət cavablandırıldığını qeyd edib:

“Belə ki, 2016-cı il aprel döyüşlərində şəhid olan, Füzuli rayonundan məcburi köçkün ailələrinin övladları 18 yaşına çatanadək Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən himayə olunacaqlar. Füzuli rayonundan olan aprel şəhidlərinin övladlarının hər birinə aylıq maliyyə yardımı ediləcək.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına müraciətimizi müsbət cavanlandırdığına, Şəhidlərimizin ailələrinə göstərdiyi yüksək diqqət və qayğıya görə təşəkkürümü bildirirəm”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 738