hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Apteklərdə satılan virus əleyhinə olan dərmanlar koronavirusadan qoruyurmu? - Baş infeksionistdən AÇIQLAMA

Apteklərdə satılan virus əleyhinə olan dərmanlar koronavirusadan qoruyurmu? - Baş infeksionistdən AÇIQLAMA

Bu gün bir çox insan koronavirusa yoluxmamaq üçün həkim icazəsi olmadan evdə virus əleyhinə immunitet qaldıran dərmanlar qəbul edir.

Həqiqətən apteklərdə satılan virus əleyhinə olan dərmanlar koronavirusadan qoruyurmu? Sağlam insanın o dərmanları qəbul etməsi orqanizmdə hansı fəsadlara səbəb ola bilər?

Bununla bağlı Sonxeber.az-a danışan Azərbaycanın baş infeksionisti Cəlal İsayev bildirib ki, insanların özbaşına dərman qəbul etməsi orqanizmdə müxtəlif fəsadlara səbəb ola bilər:

"Bilirsiniz ki, bir sıra dərmanlar var idi ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirusun müalicəsində istifadə edilməsinə tövsiyə olunurdu. O preparatların, eləcə də bütün dərmanların bir sıra yan təsirləri var. Ona görə də vətəndaşların evdə həkim məsələhəti olmadan dərman qəbul etməsi yolverilməzdir. O dərmanlar yalnız həkim təyinindən sonra içmək olar. Əgər koronavirusun heç bir əlamət yoxdursa vətəndaşlarımızın hər hansı dərman qəbuluna ehtiyac yoxdur. Sadəcə düzgün qidalanmalı, sağlam həyat tərzi sürməli, pis vərdişlərdən uzaq olaraq özünü qorumalıdır. Sağlam həyat tərzi sürən insanlar koronavirusa tutulsa belə bu xəstəliyi yüngül keçirirlər. Hər virus əleyhinə dərman qəbul edərək koronavirusdan qorunmaq olmur".

Cəlal İsayev bildirib ki,koronavirus barəsində əvvəlcədən proqnoz vermək düzgün deyil:

"Bilirsiniz ki, bu xəstəliklə bağlı çox insanlar proqnoz verdi. Lakin heç biri öz təsdiqini tapmadı. "COVİD 19" yeni virusdur. Özünü necə hansı səviyədə özünü göstərəcəyi bilinmir. Amma bu viruslar davamlı olduğuna görə payızda yenidən artma ehtimalı böyükdür. Əlbəttə, hər şey insanlardan asılıdır. İnsanlarımız verilən tövsiyələrə əməl etməlidir. Xüsusilə də qoruyucu tibbi maskalardan itifadə etməlidirlər. İnsanlarımız maskalardan istifadə edib, 2 metrlik sosial məsafəni qorusa, insanların çox toplaşdığı yerlərdən uzaq dursa koronavirusa yoluxma ehtimalı aşağıdır. Biz qoyulan qaydalara əməl etsək istər qışda, istərsə də yayda biz özümüzü koronavirusdan qorumuş oluruq. Koronavirusun ölkə ərazisində yayılmaması üçün karantin rejimi tədbiq edirik, dövlət tərəfindən mühüm addımlar atılır. Amma insanlar qoyulan qaydalara əməl etməsə görülən tədbirlərin heç bir əhəmiyyəti olmur. Doğrudur bir çox insanlar qoyulan qaydalara əməl edir. Amma hələ də maskadan istifadə etməyən, sosial məsafəni gözləməyən insanlarımız da var. Həmin insanlar virusun yayılmasının əsas səbəbkarlarıdır".

Cebhe.info


Oxunma sayı: 8152